XƏBƏRLƏR / İdman

"Mingəçevir Reqatası-2026"ya bu gün Füzulidə start veriləcək

Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq

"Mingəçevir Reqatası-2026"ya bu gün Füzulidə start veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək.

    Turnirin ilk mərhələsi Köndələn su anbarında baş tutacaq.

    Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.

    Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.

    Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.