XƏBƏRLƏR / İdman

Futbol üzrə millimiz bu gün İsveç yığmasını qəbul edir

Oyun Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilir

Futbol üzrə millimiz bu gün İsveç yığmasını qəbul edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün futbol üzrə Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirəcək.

    Komanda İsveçlə qarşılaşacaq.

    Hər iki komanda final mərhələsinə çıxmaq şanslarını itirib. Altı oyundan sonra Azərbaycan dörd xalla dördüncü, qonaqlar isə yeddi xalla üçüncü pillədə qərarlaşıb.

    Avro 2024-ün seçmə mərhələsi

    Azərbaycan - İsveç

    Baş hakim: Ester Staubli (İsveçrə)

    Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

    Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə son oyununu noyabrın 19-da səfərdə Belçika yığmasına qarşı keçirəcək.