Kriştianu Ronaldo dünya çempionatları ilə vidalaşıb
Ronaldo oyun öncəsi bunun karyerasındakı son dünya çempionatı olduğunu demişdi
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo dünya çempionatları tarixində son oyununu keçirib.
41 yaşlı hücumçunun mundial karyerası DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra başa çatıb.
Ronaldo oyun öncəsi bunun karyerasındakı son dünya çempionatı olduğunu bildirmişdi.
Ulduz futbolçu dünya çempionatlarında ümumilikdə 30 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib. O, mundiallarda 6 müxtəlif turnirdə meydana çıxan ilk futbolçu kimi tarixə düşüb.
Ronaldo Portuqaliya millisinin heyətində indiyədək 226 oyun keçirib, 142 qol vurub və yığmanın tarixinin ən çox oyun keçirən, həmçinin ən çox qol vuran futbolçusudur.
1 dəqiqədən az