Güləşçimiz Əliabbas Rzazadə Avropa çempionu oldu
Azərbaycan idmançısı Zaqrebdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Əliabbas Rzazadə (57 kq) qızıl medal qazanıb.
23 yaşlı güləşçi final görüşündə Türkiyə idmançısı Süleyman Atlıya vaxtından əvvəl 12:2 hesabı ilə qalib gəlib.
Bu, Rzazadənin karyerasında Avropa çempionatında ilk qələbəsidir.