XƏBƏRLƏR / İdman

“Qızıl top” mükafatının qalibi Lionel Messi olub

Erlinq Haaland “Qızıl top”un səsverməsində ikinci, Kilian Mbappe isə üçüncü yeri tutub

“Qızıl top” mükafatının qalibi Lionel Messi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.

    ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

    36 yaşlı forvarda mükafatı onun çıxış etdiyi klubun sahibi olan britaniyalı əfsanəvi futbolçu Devid Bekhem təqdim edib.

    Erlinq Haaland “Qızıl top”un səsverməsində ikinci, Kilian Mbappe isə üçüncü yeri tutub.

    Qeyd edək ki, Lionel Messi karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.