21:10
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalına qələbə ilə başlayıb.
Yığmamız turnirdə ilk oyununda Timor-Leste komandasına qarşı keçirib.
Bakı Kristal Zalında keçirilən qarşılaşmada təmsilçimiz rəqibini 6 cavabsız qolla darmadağın edib - 6:0.
Azərbaycan millisi oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunacaq.
Yığmamız oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti ilə üz-üzə gələcək.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək davam edəcək. FIFA-ya üzv 189 ölkənin komandalarının iştirak etdiyi yarış çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.
***
19:20
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyirlər.
Qeyd edək ki, Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi başlayıb.
Tədbir Bakı Kristal Zalında keçirilir.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə ilk oyununu bu gün Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək. 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.
1 dəqiqə