XƏBƏRLƏR / İdman

Boksçu gənclərimiz tarixi uğura imza atıb

Azərbaycanın boks üzrə gənclərdən ibarət yığmasının 5 üzvü dünya çempionatının yarımfinalında

Boksçu gənclərimiz tarixi uğura imza atıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın boks üzrə gənclərdən ibarət yığma komandası Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında tarixi uğura imza atıb.

    Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında milli komandanın 5 boksçusu dünya çempionatının yarımfinalına yüksəlib.

    Bilalhəbaşı Nəzərov (48 kq), Zidan Qumbətov (51 kq), Maqomedali Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini uğurla başa vurub. Bununla da komandamız 5 turnir medalını təmin edib.

    Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Komanda indiyədək gənclər arasında dünya çempionatında bu qədər medal qazanmamışdı.

    Aynur Mikayılova gənclər arasında dünya çempionatında medal qazanan ilk azərbaycanlı qadın boksçu olacaq.

    Qeyd edək ki, bundan əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl Azərbaycanın dörd boksçusu yarımfinala yüksəlmişdi. Cecu (Cənubi Koreya) şəhərində keçirilən Dünya Kubokunda boksçular 4 bürünc medal qazanıblar.