Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü sıradadır
İlk "üçlük"də yenə ABŞ, Çin və Avstraliyadır
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində iki qızıl, iki gümüş, bir bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medal qazanıb.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medal qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) gümüş medal qazanıb.
Özbəkistan (5 qızıl, 3 bürünc) 14-cü, Ukrayna (3 qızıl, 4 gümüş, 4 bürünc) 18-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Qazaxıstan (1 qızıl, 3 gümüş, 3 bürünc) 36-cı, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, Pakistan (1 qızıl) 58-ci, Türkiyə (3 gümüş, 3 bürünc) 61-cı, Ermənistan (2 gümüş, 1 bürünc) 66-cı sıradadır.
İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.
Hələlik 86 ölkə mükafat əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.