Millimiz Estoniya və Slovakiya yığmaları ilə görüşəcək
Baş məşqçi Fernandu Santuş yığmanın tərkibini açıqlayıb
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Estoniya (11 oktyabr, Tallin) və Slovakiya (14 oktyabr, Bakı) yığmaları ilə oyunlar üçün yığmanın tərkibini açıqlayıb.
Siyahıya 24 futbolçu daxildir:
Mehdi Cənnətov, Rza Cəfərov, Aydın Bayramov, Abbas Hüseynov, Qismət Əliyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsuk, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev, Coşğun Diniyev, Elvin Camalov, Aleksey İsayev, Xəyal Nəcəfov, Emin Mahmudov, Tural Bayramov, Ozancan Kekçu, Rüstəm Əhmədzadə, Ramil Şeydayev, Mahir Əmrəli, Renat Dadaşov.
Milli komandanın təlim-məşq toplanışı oktyabrın 7-də başlayacaq. Komanda 9-da Estoniyaya, 12-də isə Bakıya qayıdaraq Slovakiya ilə oyuna hazırlaşacaq.