Bu gün Azərbaycan Kubokunda finala çıxan ikinci komandanın adına aydınlıq gəlib.
"Qarabağ" ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyi "Neftçi"ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 16-cı dəqiqədə Olavio Juninyo açıb. Qonaqların heyətində 61-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. Ruslan Mirzov 63-cü dəqiqədə fərqi azaldıb. Juninyo 69-cu dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 78-ci dəqiqədə Nəriman Axundzadə müəyyənləşdirib.
Yarımfinalın ilk görüşündə "Zirə" səfərdə "Qəbələ"yə iki cavabsız topla qalib gələrək finala yüksəlib. Bu komandalar arasında ilk oyunda da "qartallar" 2:1 hesabı ilə qələbə qazanmışdı.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.