XƏBƏRLƏR / İdman

Mariya Stadnik yarımfinaldadır

Xorvatiyanın paytaxtı Zaqreb Avropa çempionatı keçirilir

Mariya Stadnik yarımfinaldadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

    35 yaşlı idmançı 50 kq çəki dərəcəsində iki rəqibini məğlub edərək, buna nail olub. Səkkizqat Avropa çempionu əvvəlcə türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.

    Digər qadın güləşçi Elnurə Məmmədova (55 kq) Litva təmsilçisi Laura Staneliteni 1/8 finalda üstələyərək, növbəti raunda yüksəlib.

    59 kq-dakı Alyona Kolesnik isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.