XƏBƏRLƏR / İdman

Bu gün FIFA ötən ilin ən yaxşılarını mükafatlandıracaq

2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırılacağı mərasim Londonda keçiriləcək

Bu gün FIFA ötən ilin ən yaxşılarını mükafatlandıracaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşəcək.

    2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırılacağı mərasim İngiltərənin paytaxtı Londonda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

    Ötən ilin ən yaxşı futbolçusu adına İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holann, Fransa PSJ-sinin forvardı Kilian Mbappe, ABŞ-ın “İnter Mayami” komandasının argentinalı ulduzu Lionel Messi iddia edir.

    Nominasiyalar üzrə namizədlər aşağıdakılardır:

    Ən yaxşı kişi futbolçu

    Erlinq Holann (“Mançester Siti” / Norveç)

    Kilian Mbappe (PSJ / Fransa)

    Lionel Messi (“İnter Mayami” / Argentina)

    Ən yaxşı qadın futbolçu

    Aytana Bonmati (“Barselona”, İspaniya)

    Linda Kaysedo (“Deportivo Kali”, ”Real Madrid” / Kolumbiya)

    Cenni Ermoso (“Paçuka” / İspaniya)

    Ən yaxşı kişi baş məşqçi

    Xosep Qvardiola (“Mançester Siti” / İspaniya)

    Simone İnzagi (“İnter” / İtaliya)

    Luçano Spaletti (“Napoli” / İtaliya)

    Ən yaxşı qadın baş məşqçi

    Conatan Xiraldes (“Barselona” / İspaniya)

    Emma Heyz (“Çelsi” / İngiltərə)

    Sarina Viqman (İngiltərə millisi / İngiltərə)

    Ən yaxşı kişi qapıçı

    Yassin Bunu (“Sevilya”, “Əl-Hilal” / Mərakeş)

    Tibo Kurtua (“Real Madrid” / Belçika)

    Ederson (“Mançester Siti” / Braziliya)

    Ən yaxşı qadın qapıçı

    Makkenzi Arnold (“Vest Hem” / Avstraliya)

    Kata Koll (“Barselona” / İspaniya)

    Meri Erps (“Mançester Yunayted” / İngiltərə)

    “Puşkaş mükafatı”na namizədlər

    Xulio Ensiso – “Brayton”un heyətində “Mançester Siti”yə vurduğu qol

    Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol