XƏBƏRLƏR / İdman

Türkiyə klubunun prezidenti: Ramil Şeydayevlə anlaşdıq

Bunu Engin Koyun deyib

Türkiyə klubunun prezidenti: Ramil Şeydayevlə anlaşdıq
Ramil Şeydayev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Ramil Şeydayevlə anlaşdıq, sabah bizimlə olacaq”.

    Bu sözləri “Kocaelispor” klubunun prezidenti Engin Koyun Türkiyə mətbuatına açıqlamasında deyib.

    Onun sözlərinə görə, 27 yaşlı hücumçu Tailandın "Buriram Yunayted" klubu ilə müqaviləsinə xitam verəcək: “Ramillə sözləşmənin müddəti 1,5 il olacaq".

    Qeyd edək ki, “Kocaelispor” Türkiyə II Liqasında XVII turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ertuğrul Sağlamın başçılıq etdiyi komanda Superliqaya çıxmaq uğrunda mübarizə aparır.