XƏBƏRLƏR / İdman

Millimiz Latviya ilə oyunu 0:0 hesabı ilə başa çatdırdı

Yoldaşlıq görüşü çərçivəsində keçirilən oyun Riqada baş tutub

Millimiz Latviya ilə oyunu 0:0 hesabı ilə başa çatdırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:50

    Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

    Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.

    Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

    Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.

    ***

    16:25

    Azərbaycan və Latviya yığmalarının start heyətləri açıqlanıb:

    Azərbaycan: Rza Cəfərov, Rəhman Daşdəmirov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Toral Bayramov, Anatoli Nuriyev, Emin Mahmudov, Səbuhi Abdullazadə, Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Mahir Əmrəli.

    Latviya: Rihards Matreviç, Vitalis Yaqodinskis, Deniss Melniks, Daniels Balodis, Maksims Tonişevs, Alvis Yaunzems, Kristers Penkeviçs, Dmitris Zelenkovs, Eduards Daşkeviç, Lukas Vapne, Marko Reqza.

    ***

    08:53

    Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununa çıxacaq.

    Yığma səfərdə Latviya ilə qarşılaşacaq. Riqa şəhərindəki "Skonto" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

    Qarşılaşmanı maltalı Trustin Farruca Kann idarə edəcək.

    Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıda digər yoldaşlıq görüşündə Macarıstanı qəbul edəcək.