XƏBƏRLƏR / İdman

Azərbaycan cüdoçusunun görüş zamanı çiyni sınıb YENİLƏNİB

Elcan Hacıyev xəstəxanaya aparılıb

Azərbaycan cüdoçusunun görüş zamanı çiyni sınıb YENİLƏNİB
Elcan Hacıyev
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 19:33

    Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində fransalı rəqibi Maksim-Qael Hambu ilə mübarizə apararkən zədə alıb.

    Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilkin müayinələrə əsasən, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançının çiynində sınıq olduğu müəyyən edilib.

    Bildirilib ki, cüdoçunun sağlamlıq durumu ilə bağlı yekun rəy MRT-dən sonra veriləcək.

    Qeyd edək ki, Elcan Hacıyev 1/16 finalda türkiyəli Mixael Zqanka qalib gəlib. Növbəti mərhələdə fransalı Maksim-Qael Hambuya uduzan idmançı turnirlə vidalaşıb.

    ***

    15:35

    Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb.

    90 kq çəki dərəcəsində yer alan idmançı fransalı Nqayap Hambu ilə mübarizədə çiyni çıxıb və xəstəxanaya aparılıb.

    Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

    ***

    15:00

    Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.

    Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.

    Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

    Xatırladaq ki, Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

    ***

    13:26

    Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Türkiyə təmsilçisi Mixail Zqankı sınağa çəkib.

    Rəqibinə qızıl xal bölümündə vaza-ari ilə qalib gələn Avropa çempionumuz 1/8 finala yüksəlib.

    Qeyd edək ki, Paris Olimpiadasında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kiloqram) medal qazanıb. İdmançı Olimpiya çempionu olub.