XƏBƏRLƏR / İdman

Qətərdə uduzan komandalara da pul veriləcək

Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun üçün 440 milyon dollar vəsait ayırıb

Qətərdə uduzan komandalara da pul veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı bəlli olub. NBC Sports” xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun üçün 440 milyon dollar vəsait ayırıb. Bu isə Rusiyada dörd il əvvəl keçirilən turnirlə müqayisədə 40 milyon dollar çoxdur.

    Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerin sahibi Xorvatiya 27 milyon, dördüncü yer tutan Mərakeş 25 milyon dollar əldə edəcək.

    Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon (İngiltərə, Braziliya, Portuqaliya, Niderland), 1/8 finaldan kənarda qalan komandaların hər biri 13 milyon dollar (Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya) qazanacaq.

    Qrup mərhələsini adlaya bilməyən komandalar - Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qana - hər biri 9 milyon dollar əldə edəcək.