"Qarabağ" fransalı hücumçunu transfer etdi
Bu barədə klubun rəsmi saytı xəbər verib
!["Qarabağ" fransalı hücumçunu transfer etdi](/uploads/images/2023/01/rs/image_750x_63c142a3c51d7-750-1080-resize.webp)
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytı xəbər verir ki, "köhlən atlar" Adama Diakabini transfer edib.
Fransalı hücumçu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.