XƏBƏRLƏR / İdman

Türkiyə qadın voleybolunda Qarayevin xidmətləri qeyd olundu

FVT prezidenti Mehmet Akif Üstündağ Faiq Qarayevə Türkiyə voleyboluna verdiyi töhfələrə görə təşəkkür edib

Türkiyə qadın voleybolunda Qarayevin xidmətləri qeyd olundu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Voleybol Federasiyasının (FVT) rəhbərliyi Azərbaycan qadın milli komandasının baş məşqçisi Faiq Qarayevə hədiyyə təqdim edib.

    FVT prezidenti Mehmet Akif Üstündağ Qarayevə Türkiyə voleyboluna verdiyi töhfələrə görə təşəkkür edib.
    Hədiyyə İstanbulda təqdim edilib.

    Türkiyə Avropa Çempionatının 1/8 final mərhələsində Azərbaycanı 3-0 hesabı ilə məğlub edib.