XƏBƏRLƏR / İdman

"Qarabağ" Belçikaya yola düşüb

Klubumuz futbol üzrə Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Belçikalı "Gent" ilə görüşəcək

"Qarabağ" Belçikaya yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Belçika "Gent"i ilə Azərbaycanın "Qarabağ" komandaları arasında ağdamlılar böyük dəstəyə malik olacaqlar.


    azerisport.com xəbər verir ki, Gentdəki “Gelamco Arena” stadionunda qonaqlara 1000 yerlik sektor təqdim olunub (ümumilikdə arena 20 000-dən bir qədər çox tamaşaçı tutumuna malikdir). Qonaq sektorunda ən azı 300-400 yeri soydaşlarımız dolduracaq.


    “Gent” – “Qarabağ” matçı fevralın 23-də adıçəkilən stadionda keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.