Gimnastlarımız beynəlxalq yarışda 9 medal qazanıblar
Yığmamız yeniyetmə yaş qrupunda daha uğurlu nəticələrə imza atıb
 
                                Azərbaycan yığması iyunun 1-2-də Budva şəhərində keçirilən bədii gimnastika üzrə “Montenegro Cup”da uğurlu çıxış edib.
Təmsilçilərimiz beynəlxalq yarışda 7 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Böyük yaş qrupunda Mədinə Dəmirova çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gənclər arasında isə çoxnövçülükdə Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı isə bürünc qazanıb.
Yığmamız yeniyetmə yaş qrupunda daha uğurlu nəticələrə imza atıb. Məryəm Baloğlanova və Nur Sadıqova halqa, top və gürzlərlə çıxışda hərəyə 3 qızıl qazanıblar.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            