XƏBƏRLƏR / İdman

Müğənni Robbi Uilyams futbol klubunun prezidenti olub

Bu barədə komandanın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb

Müğənni Robbi Uilyams futbol klubunun prezidenti olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Veyl” futbol klubunun prezidenti olub.

    Bu barədə komandanın mətbuat xidməti "X" hesabında məlumat yayıb.

    Musiqiçi doğulduğu Stok-on-Trent şəhərindən olan komandanın çoxdankı azarkeşidir.

    “Mənim həyatım qeyri-adi və gözəldir, onun çoxlu dönüşləri olub və prezident postunu almaq xüsusi bir şeydir”, – sənətçi bildirib.

    Qeyd edək ki, “Port Veyl” hazırda İngiltərə futbol liqası sistemində üçüncü divizion olan “Liqa 1”də turnirdə qalmaq uğrunda mübarizə aparır.