"Qarabağ"ın yeni himni VİDEO

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • "Qarabağ" futbol klubu rəsmi himnini təqdim edib.

    Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.

    Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.

    Himn 17 iyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.