XƏBƏRLƏR / İdman

Güləşçimiz üçüncü yer uğrunda görüşdə iştirak edəcək

Həsrət Cəfərov Ukraynanı təmsil edən digər azərbaycanli güləşçisi Pərviz Nəsibova uduzub

Güləşçimiz üçüncü yer uğrunda görüşdə iştirak edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:32

    Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

    Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

    İdmançımız bürünc medal uğrunda görüşdə iştirak edəcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    ***

    15:43

    Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

    Bu, Ukraynanı təmsil edən digər azərbaycanli güləşçisi Pərviz Nəsibov olacaq.

    Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq.

    Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb.