XƏBƏRLƏR / İdman

“Turan Tovuz” evdə, “Şamaxı” səfərdə qələbə qazanıb

YENİLƏNİB

“Turan Tovuz” evdə, “Şamaxı” səfərdə qələbə qazanıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:55

    Futbol üzrə Misli Premyer Liqasında XXX turun daha iki oyunu keçirilib.

    Günün ilk matçında "Sabah" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Günün son matçında isə "Sumqayıt" öz meydanında "Şamaxı"nı qəbul edib. Bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər - 2:1. Bu nəticələrdən sonra "Turan Tovuz" 47 xalla 4-cü, "Sabah" 36 xalla 5-ci, "Şamaxı" 31 xalla 7-ci, "Sumqayıt" isə 29 xalla 8-ci pillədə qərarlaşıb.

    Qeyd edək ki, XXX turun açılış oyununda "Qarabağ" səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəlib. Tura aprelin 13-də keçiriləcək iki matçla yekun vurulacaq.

    ***

    09:26

    Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.

    Günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.

    FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək. Tovuz klubu 44 xalla dördüncü, qonaqlar 36 xalla beşinci pillədə qərarlaşıb.

    Günün ikinci görüşü Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Şamaxı" ilə üz-üzə gələcək. Baş hakim Rəvan Həmzəzadə olacaq. "Gənclik şəhəri" təmsilçisi 29 xalla yeddinci, bölgə klubu 28 xalla səkkizinci sıradadır.

    Misli Premyer Liqası

    IV dövrə, XXX tur

    12 aprel

    17:00. “Turan Tovuz” – “Sabah”
    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
    VAR: Cavid Cəlilov.
    AVAR: Akif Əmirəli.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Emin Cəfərov.
    Tovuz şəhər stadionu

    19:15. “Sumqayıt” – “Şamaxı”
    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
    VAR: Rauf Cabarov.
    AVAR: Eyyub İbrahimov.
    Hakim-inspektor: Ramil Diniyev.
    AFFA nümayəndəsi: Yavər Rəhimov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.