XƏBƏRLƏR / İdman

UEFA Avropa Liqası:"Sabah" Sloveniyada cavab matçına çıxacaq

Bakı vaxtı ilə 22:00-da start götürəcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər

UEFA Avropa Liqası:"Sabah" Sloveniyada cavab matçına çıxacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" bu gün Sloveniyanın "Sele" komandası ilə cavab matçına çıxacaq.

    Qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutacaq.

    Bakı vaxtı ilə 22:00-da start götürəcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər.

    UEFA Avropa Liqası

    I təsnifat mərhələsi, cavab görüşü

    17 iyul

    22:00. “Sele” (Sloveniya) - “Sabah” (Azərbaycan)

    İlk oyun - 3:2 “Sele”-nin xeyrinə

    Baş hakim: Draqomir Draqanov (Bolqarıstan).

    Xatırladaq ki, komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.