XƏBƏRLƏR / İdman

Lamiyə Vəliyeva Parisdə daha bir qızıl medal qazanıb

Sprinter 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb

Lamiyə Vəliyeva Parisdə daha bir qızıl medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

    Sprinter 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək qızıl medal qazanıb.

    Xatırladaq ki, L.Vəliyva daha öncə 100 metr məsafəyə qaçışda dünya çempionu olub.

    Qeyd edək ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metr qaçışda isə qızıl medal qazanıb.

    Onu da əlavə edək ki, daha əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər