XƏBƏRLƏR / İdman

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

YENİLƏNİB

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:24

    “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına start verilib.

    5 mərhələdən ibarət yarışın ilk mərhələsi “Sea Breeze”dən start götürməklə 158,7 kilometr məsafəni əhatə edib və Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda başa çatıb.

    Finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

    “XDS Astana” klubunun velosipedçisi Qleb Siritsa ikinci olub.

    Üçüncü yeri Belçikanın “Tarteletto–Isoreks” komandasının idmançısı Timoti Dyupon tutub.

    Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

    ***

    07:18

    Bu gün “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına start veriləcək.

    5 mərhələdən ibarət yarışın ilk etapı “Sea Breeze”dən start götürməklə 158,7 kilometr məsafəni əhatə edəcək və Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda başa çatacaq.

    Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

    “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı

    10 may

    I mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)

    11 may

    II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)

    12 may

    III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr)

    13 may

    IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr)

    14 may

    V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr)