XƏBƏRLƏR / İdman

Abdullah Zubir Avroliqada həftənin ən yaxşıları sırasında

"Qarabağ"ın 32 yaşlı yarımmüdafiəçi Portuqaliya "Braqa"sına qarşı səfər matçında 2 qol vurub, 1 qolun ötürməsini edib

Abdullah Zubir Avroliqada həftənin ən yaxşıları sırasında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

    Onların arasında "Qarabağ"ın oyunçusu Abdullah Zubir də var. 32 yaşlı yarımmüdafiəçi Portuqaliya "Braqa"sına qarşı səfər matçında 2 qol vurub və 1 qolun ötürməsini edib.

    Digər namizədlər isə "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anhel Di Mariyadır.

    Qalib UEFA-nın saytındakı səsvermənin nəticəsində müəyyənləşəcək.