XƏBƏRLƏR / İdman

Premyer Liqa: "Sabah" "Şamaxı"nı qəbul edəcək

Misli Premyer Liqasında XXXIV tur başlayır

Premyer Liqa: "Sabah" "Şamaxı"nı qəbul edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Misli Premyer Liqasında XXXIV tura bu gün start veriləcək.

    Günün yeganə oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək.

    “Bank Respublika Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt klubu 41 xalla beşinci, bölgə təmsilçisi 36 xalla yeddinci pillədə qərarlaşıb.

    Misli Premyer Liqası

    IV dövrə, XXXIV tur

    9 may

    19:00. “Sabah” – “Şamaxı”

    Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.

    VAR: Rəvan Həmzəzadə.

    AVAR: Müslüm Əliyev.

    Hakim-inspektor: Rəhim Həsənov.

    AFFA nümayəndəsi: Asif Əliyev.

    “Bank Respublika Arena”

    Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.