XƏBƏRLƏR / İdman

İdmançılarımızın Paris Olimpiadası üçün vahid idman forması

Geyim dəstlərinin üzərində Azərbaycan bayrağı, gerbi və Xarıbülbül əks olunub

İdmançılarımızın Paris Olimpiadası üçün vahid idman forması
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının vahid idman forması təqdim olunub.

    Yeni geyim dəsti Olimpiya komandasının Milli Gimnastika Arenasında təşkil olunan yolasalma mərasimi zamanı ictimaiyyətə nümayiş etdirilib.

    Olimpiada üçün xüsusi dizaynla hazırlanmış formalar ağ, tünd göy, çəhrayı və yaşıl rəngdədir. Geyim dəstlərinin üzərində Azərbaycan bayrağı, gerbi və Xarıbülbül əks olunub.

    Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.