Pekin to Paris Motor Challenge yürüşü Azərbaycanda
Retro avtomobillərin beynəlxalq rallisi bir neçə ölkəni əhatə edir

Bu gün Pekin to Paris Motor Challenge yürüşünün Azərbaycan mərhələsinə start verilib.
Retro avtomobillərin beynəlxalq rallisi bir neçə ölkəni əhatə edir. Onun başlanğıc nöqtəsi Pekindir və mitinq Parisdə başa çatır.
İştirakçılar Azərbaycana Qazaxıstandan gəliblər.
Heydər Əliyev Mərkəzinin parkında avtomobil sərgisi keçirilib. Daha sonra retro avtomobillər Qobustan, Şamaxı, Acınohur-Ceyrançel düzü və ölkəmizin öz gözəlliyi ilə valehedici bölgələrindən keçərək Qax istiqamətində hərəkət ediblər.
İyunun 10-da iştirakçılar Azərbaycanı tərk edəcək, estafet isə Gürcüstana keçəcək.