XƏBƏRLƏR / İdman

Argentina millisi Amerika Kubokunun qalibi olub

Lionel Messi zədələnərək 66-cı dəqiqədə əvəzlənib

Argentina millisi Amerika Kubokunun qalibi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Argentina millisi final oyununda Kolumbiyaya 1:0 hesabı ilə qalib gələrək 2024-cü il Amerika Kubokunun qalibi olub.

    Matçın əsas vaxtı heç-heçə başa çatıb - 0:0. Lionel Messi zədələnərək 66-cı dəqiqədə əvəzlənib. 112-ci dəqiqədə bu görüşdə yeganə qolu Covani Lo Selsin ötürməsindən sonra "İnter"in hücumçusu Lautaro Martinez vurub.

    Beləliklə, Lionel Skaloni komandası 16-cı dəfə bu titula sahib olub.