XƏBƏRLƏR / İdman

AVRO-2024: Almaniya növbəti 1/4 finalçı olub

Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq

AVRO-2024: Almaniya növbəti 1/4 finalçı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.

    Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıb - 2:0.

    Hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə isə Camal Musiala fərqlənib.

    Qeyd edək ki, 1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.