Messi Argentina milli komandasında vida matçını keçirdi
Messiyə hədiyyəni Azərbaycan "Neftçi"sinin oyunçusu Sessi D'Almeyda təqdim edib VİDEO
Dünya futbolunun əfsanəsi Lionel Messi Argentina milli komandası üçün vida matçını keçirib. İkinci yeri tutan komanda Benin millisini Buenos Ayresdəki Estadio Monumental stadionunda qəbul edib.
39 yaşlı "İnter Mayami" oyunçusu komanda avtobusu stadiona girəndə göz yaşlarına boğulub. Bu an televiziyada lentə alınıb.
Argentinanın dövlət himni səsləndirilərkən Messinin özü və baş məşqçi Lionel Skaloni də daxil olmaqla bir çox insan ağlayıb.
Oyun 3:0 hesabı ilə Argentina millisinin xeyrinə başa çatıb. Qollardan birini Messi penaltidən vurub.

Oyundan əvvəl Benin kapitanı və Azərbaycan "Neftçi"sinin oyunçusu Sessi D'Almeyda Messiyə hədiyyə təqdim edib.
VİDEO
1 dəqiqədən az