Çempionlar Liqası: “Sabah” “Hapoel”ə qalib gəldi
"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb / YENİLƏNİB
23:30
"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.
Ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2
Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.
Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina dördüncü qola imza atıb. Son nöqtəni isə 115-ci dəqiqədə Coy Lens Mikels vurub - 6:4.
Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
***
20:51
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.
***
11:19
Bu gün Azərbaycanın "Sabah" komandası Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin ikinci oyununu keçirəcək.
Valdas Dambrauskasın komandası İsrailin "Hapoel Beer Şeva" komandasını qəbul edəcək.
Saat 20:45
"Sabah" (Azərbaycan) - "Hapoel Beer Şeva" (İsrail)
Bakı, Tofik Bəhramov stadionu. Hakim: İstvan Kovaç (Rumıniya). İlk oyun: 1-2.
"Sabah" (ehtimal olunan heyət): Stas Pokatilov, Stiv Solvay, Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puhaç, İvan Lepinisa, Umarali Rahmonəliyev, Aleksey İsayev, Veljko Simiç, Coy-Lans Mikkels, Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Hapoel (ehtimal olunan heyət): Ofir Marciano, Miguel Vitor, Itay Rotman, Guy Mizrachi, Pedro Amador, Niv Yehoshua, Lukas Ventura, Eliel Peretz, Jayvon East, Amir Ganach, Igor Zlatanović.
Baş məşqçi: Ran Kojuh.
Bu oyunun qalibi Çempionlar Liqasına, məğlub olan isə Avropa Liqasına vəsiqə qazanacaq.
2 dəqiqə