XƏBƏRLƏR / İdman

Bu gün futbol üzrə Avropa çempionatının qalibi bəlli olacaq

YENİLƏNİR

Bu gün futbol üzrə Avropa çempionatının qalibi bəlli olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 22:33

    Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının final oyununda üz-üzə gələcək İspaniya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.

    Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

    İspaniya: Unay Simon, Dani Karvahal, Robin Le Norman, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olma, İnaki Vilyams, Alvaro Morata.

    Baş məşqçi: Luis de la Fuenta

    İngiltərə: Cordan Pikford, Kayl Uoker, Con Stounz, Mark Geyi, Lük Şou, Deklan Rays, Kobbi Meyno, Bukayo Saka, Fil Foden, Cud Bellingem, Harri Keyn

    Baş məşqçi: Qaret Sautgeyt

    Qeyd edək ki, Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.

    ***

    10:21

    Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün final oyunu keçiriləcək.

    Həlledici matçda İspaniya və İngiltərə yığmaları üz-üzə gələcəklər.

    Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.

    Pireneylilər sayca 4-cü, "Dumanlı Albion" təmsilçisi isə ilk qitə çempionluğunu qazanmağa çalışacaq.

    Bu, iki komandanın öz aralarında 28-ci dueli olacaq. Əvvəlki matçların 10-u ispanların, 13-ü ingilislərin xeyrinə, 4-ü isə heç-heçə başa çatıb. Qolların nisbətində də İngiltərə millisinin üstünlüyü nəzərə çarpır - 45:32.