XƏBƏRLƏR / İdman

Premyer Liqa: "Neftçi" bu gün "Sumqayıt"ı qəbul edəcək

Günün ilk görüşündə isə "Zirə" evdə "Kəpəz"i sınağa çəkəcək

Premyer Liqa: "Neftçi" bu gün "Sumqayıt"ı qəbul edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Neftçi" bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt"ı qəbul edəcək.

    Qarşılaşma saat 19:30-da start götürəcək.

    Oyunun baş hakimi Cavid Cəlilov olacaq. Hələlik qələbə qazana bilməyən paytaxt klubu 4 xalla 9-cu pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 7-ci sıradadır.

    Günün ilk görüşündə "Zirə" evdə "Kəpəz"i sınağa çəkəcək. Rauf Cabarovun idarə edəcəyi matç saat 17:00-da başlayacaq.

    Rəqiblərindən bir oyun az keçirən meydan sahibləri 12 xalla 5-ci yerdədir. Hazırda xalı olmayan Gəncə klubu isə sonuncu-10-cu pillədədir.

    Azərbaycan Premyer Liqası
    VIII tur

    17:00. Zirə” – “Kəpəz”
    Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev
    VAR: Əliyar Ağayev
    AVAR: Akif Əmirəli
    Hakim-inspektor: Ramil Diniyev
    AFFA nümayəndəsi: Asif Əliyev
    Zirə İdman Kompleksinin stadionu

    19:30. “Neftçi” – “Sumqayıt”
    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
    VAR: Elçin Məsiyev
    AVAR: Pərvin Talıbov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Rüfət Əmirov
    “Neftçi Arena”

    Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.