XƏBƏRLƏR / İdman

Basketbol yığmamız Avropa çempionatında final oyununa çıxır

Görüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq BİRBAŞA

Basketbol yığmamız Avropa çempionatında final oyununa çıxır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının C divizionunda final oyununa çıxacaq.

    Milli komanda Cəbəllütariqdə keçiriləcək matçda Kipr yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq. Birbaşa yayım BURDA olacaq.

    Qeyd edək ki, Evren Alkayanın yetirmələri qrup mərhələsində Ermənistanı 86:59, Gürcüstanı 97:40, Kipri 68:45 hesabı ilə məğlub ediblər. Yığma yarımfinalda isə Albaniyanı üstələyib - 92:62.