XƏBƏRLƏR / İdman

Azərbaycan medal sıralamasında ikincidir

III MDB Oyunları davam edir

Azərbaycan medal sıralamasında ikincidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.

    Hazırda medal sıralamasında Rusiya 194 (105-55-34) medalla liderdir.

    Azərbaycan 161 medalla ikinci pillədə qərarlaşıb: 29 qızıl, 46 gümüş və 86 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 101 (27-26-48) medal.

    Bu günə qədər III MDB Oyunlarında 10 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.