"Araz-Naxçıvan" "Sabah"la heç-heçə oynayıb YENİLƏNİB
"Şamaxı" "Səbail"lə bərabərə qalıb

21:35
Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda üz-üzə gələn "Araz-Naxçıvan" və "Sabah" kollektivlərinin duelində qalib müəyyənləşməyib.
“Liv Bona Dea Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov (20), qonaq komandadan isə Vinsent Till (43) adını tabloya yazdırıb.
Naxçıvan təmsilçisi 55 xalla üçüncü, 41 xalı olan "Sabah" isə beşincidir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. "Şamaxı" - "Səbail" qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb.
***
19:00
Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda "Şamaxı" "Səbail"lə bərabərə qalıb.
Şamaxı şəhər stadionunda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Alfons Msanqa qonaq komandanın qapısına yol tapıb. 67-ci dəqiqədə isə "status-kvo" bərpa olunub - Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb "Səbail" 22 xalla sonuncu - onuncudur.
Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.
***
09:38
Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda bu gün daha iki oyun keçiriləcək.
Günün ilk matçında "Şamaxı" autsayder "Səbail"lə üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.
Digər görüşdə isə üçüncü yerə iddialı olan "Araz-Naxçıvan" "Sabah"ı sınağa çəkəcək. “Liv Bona Dea Arena"dakı oyun saat 19:30-da başlayacaq.
Naxçıvan təmsilçisi 54 xalla üçüncü, 40 xalı olan "Sabah" isə beşincidir. 35 xala malik "Şamaxı" yeddinci sırada yer alıb "Səbail" isə 21 xalla sonuncu - onuncudur.
Misli Premyer Liqası
IV dövrə, XXXIII tur
3 may
17:00. “Şamaxı” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Liv Bona Dea Arena"
Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib (1:0) gəlib.