XƏBƏRLƏR / İdman

UEFA Avropa Liqası: "Beşiktaş"ın rəqibləri bəlli olub

Hər iki turnirdə liqa mərhələsinin püşkatma mərasimi bu gün keçirilir YENİLƏNİR

UEFA Avropa Liqası: "Beşiktaş"ın rəqibləri bəlli olub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:53

    UEFA Avropa Liqasının əsas mərhələsinin püşkü atılıb.

    Monakoda keçirilən püşkatmada Türkiyənin “Beşiktaş” klubunun da rəqibləri müəyyənləşib. İstanbul təmsilçisi səfərdə Almaniyanın “Bayer”, Şotlandiyanın “Seltik”, Kiprin “Omoniya” və Almaniyanın “Hoffenhaym” klubları ilə qarşılaşacaq.

    “Beşiktaş” evdə isə Fransanın “Marsel”, Belçikanın “Union”, İngiltərənin “Kristal Pelas” və İsrailin “Hapoel” (Beer-Şeva) komandalarını qəbul edəcək.

    ***

    09:39

    UEFA Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib.

    Hər iki turnirdə 36 komanda mübarizə aparacaq.

    Avropa Liqasının liqa mərhələsində Almaniyanın "Bayer" və "Hoffenhaym", Portuqaliyanın "Benfika" və "Torrense", İtaliyanın "Yuventus" və "Milan", Niderlandın "AZ Alkmaar" və "NEK Neymegen", Yunanıstanın "Olimpiakos" və OFİ, İspaniyanın "Real Sosyedad" və "Selta", Fransanın "Lion", "Marsel" və "Renn", Macarıstanın "Ferensvaroş", Çexiyanın "Viktoriya" və "Sparta", Belçikanın “Anderlext” və "Union", Xorvatiyanın "Dinamo Zaqreb", Şotlandiyanın "Seltik", Avstriyanın "Zalsburq" və "Şturm", Polşanın "Lex", İngiltərənin "Kristal Pelas", "Sanderlend" və "Bornmut", Sloveniyanın "Selye", Polşanın "Yagelloniya", Kiprin "Omoniya", Türkiyənin "Beşiktaş", İsrailin "Hapoel" (Ber-Şeva), Norveçin "Lillestrom", Bolqarıstanın "Levski" və Ermənistanın "Ararat-Armenia" komandaları çıxış edəcəklər.

    Konfrans Liqasının əsas mərhələsinə isə İtaliyanın “Atalanta”, Portuqaliyanın “Braqa”, Niderlandın “Ayaks” və “Tvente”, Almaniyanın “Frayburq”, Fransanın “Monako”, Danimarkanın “Kopenhagen”, “Norşellan”, “Midtüllan” və “Orxus”, Qazaxıstanın “Kayrat”, Türkiyənin “Trabzonspor”, Rumıniyanın “Universitatya Krayova”, Serbiyanın “Srvena Zvezda”, Yunanıstanın “Panatinaikos”, Belçikanın “Gent” və “Sent-Trüden”, Kiprin “Pafos”, İngiltərənin “Brayton”, İsveçrənin “Luqano” və “Tun”, İspaniyanın “Xetafe”, Finlandiyanın “KuPS”, Bosniya və Herseqovinanın “Borats”, Norveçin “Brann”, Şotlandiyanı “Harts”, Latviyanın “Riqa”, Xorvatiyanın “Hayduk” (Split), Çexiyanın “Yablonets”, Moldovanın “İnter”, Bolqarıstanın ÇSKA (Sofiya), Litvanın “Jalgiris”, İsveçin “Myölbü”, Gürcüstanın “İberiya”, Albaniyanın “Eqnatiya” və Cəbəllütariqin “Linkoln” klubları vəsiqə qazanıb.

    Qeyd edək ki, hər iki turnirdə liqa mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.