Şükürov cüdo üzrə dünya çempionatının bürünc medal alıb
Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında dünya birinciliyi davam edir
Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.
Bu gün Azərbaycan yığması ilk medalını qazanıb. Süleyman Şükürov (81 kq) dünya çempionatının bürünc mükafatçısı olub.
Aslan Kotsoyev və Tuncay Şamil (hər ikisi 90 kq) medalsız qalıblar. Sabah komandanın son iki təmsilçisi fərdi yarışlarda mübarizə aparacaq.