"Qarabağ"ın futbolçusu ÇL-nın simvolik komandasına düşüb
Bu barədə UEFA məlumat yayıb
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Çempionlar Liqası (ÇL) mərhələsinin simvolik komandasına daxil edilib.
UEFA ÇL-nın əsas mərhələsinin VII turundan sonra həftənin rəmzi komandası açıqlanıb.
Simvolik “11-lik”də Azərbaycan çempionu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev də yer alıb. Milli komandamızın üzvü Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunda (3:2) uğurlu çıxışı ilə diqqət çəkib.
Belə ki, Elvin Cəfərquliyev qarşılaşmada komandasının ikinci qolunda məhsuldar ötürmə ilə yadda qalıb və ümumilikdə stabil oyunu sayəsində UEFA tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, “Qarabağ”ın Almaniya təmsilçisi üzərində qazandığı bu qələbə həm turnir, həm də klubun avrokuboklar tarixində əlamətdar nəticələrdən biri kimi dəyərləndirilir.
1 dəqiqədən az