XƏBƏRLƏR / İdman

Azərbaycan medal sıralamasında 23-cü yerdədir YENİLƏNİB

Siyahıya Çin başçılıq edir

Azərbaycan medal sıralamasında 23-cü yerdədir YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:10

    Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 22-ci pillədədir.

    Yığmanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

    Azərbaycan paraüzgüçüsü Raman Saley gümüş medal qazanıb. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medal əldə edib.

    Paraatlet Səid Nəcəfzadə bu gün qızıl medal qazanıb.

    Siyahıya Çin (36 qızıl, 28 gümüş, 12 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (9 qızıl, 14 gümüş, 10 bürünc) üçüncüdür.

    Azərbaycanın müttəfiqləri - Özbəkistan (5 qızıl, 4 gümüş, 3 bürünc) 9-cu, Türkiyə (3 qızıl, 5 gümüş, 2 bürünc) 13-cü yerdədir. 

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

    ***

    07:24

    Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədədir.

    Yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.

    Azərbaycan paraüzgüçüsü Raman Saley gümüş medal qazanıb. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medal əldə edib.

    Siyahıya Çin (33 qızıl, 27 gümüş, 11 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (8 qızıl, 11 gümüş, 8 bürünc) üçüncüdür.

    Azərbaycanın müttəfiqləri - Özbəkistan (5 qızıl, 3 gümüş, 3 bürünc) 9-cu, Türkiyə (3 qızıl, 5 gümüş, 2 bürünc) 12-ci yerdədir. 

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.