XƏBƏRLƏR / İdman

Messinin salfet üzərində imzaladığı ilk müqavilə hərracda

Lotun başlanğıc qiyməti 300 000 funt sterlinqdir FOTO

Messinin salfet üzərində imzaladığı ilk müqavilə hərracda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lionel Messinin "Barselona" ilə restoranda salfet üzərində imzaladığı ilk müqaviləsi hərraca çıxarılıb.

     
    13 yaşlı argentinalı futbolçu ilə 16,5 x 16,5 santimetr ölçülü salfet üçün müqavilə 2000-ci il dekabrın 14-nə təsadüf edir.

    Əfsanəvi sənədi agent Horacio Gaggioli sərgiləyib. Lotun başlanğıc qiyməti 300 min funt sterlinqdir.