XƏBƏRLƏR / İdman

“Formula-1”lə müqavilə müddəti uzadıla bilər

Bu il müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran-Prisinin sonuncu ilidir

“Formula-1”lə müqavilə müddəti uzadıla bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Formula 1 Azərbaycan Qran-Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

    O bildirib ki, müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran-Prisinin sonuncu ilidir.

    “Ancaq müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Ümidvarıq ki, Azərbaycan Qran-Prisi keçirilməyə davam edəcək. Çünki Formula 1-in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək” - deyə T. Teymurov vurğulayıb.