XƏBƏRLƏR / İdman

Azərbaycan millisi bu gün Ukrayna yığması ilə üz-üzə gələcək

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək

Azərbaycan millisi bu gün Ukrayna yığması ilə üz-üzə gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

    Yığma Bakıda Ukrayna ilə üz-üzə gələcək.

    Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Görüşü yunanıstanlı FIFA referisi Vassilis Fotias idarə edəcək.

    Azərbaycan millisində ötən gün portuqaliyalı mütəxəssis Fernandu Santuş istefaya göndərilib. Komandanı bugünkü görüşə U-21-in baş məşqçisi Ayxan Abbasov çıxaracaq. 

    Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 5-də səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.