Zelim Tçkayev gümüş medal qazanıb
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir
Kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev yarışa 1/16 finaldan başlayıb.
O, ilk görüşündə Moldova təmsilçisi Viktor Sterpu ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.
Tçkayev bu mərhələdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala vəsiqə qazanıb.
Cüdoçumuz yarımfinala gedən yolda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Tçkayev adını yarımfinala yazdırıb.
Azərbaycan təmsilçisi finala gedən yolda qazaxıstanlı Abilayxan Zubanazarı da məğlub edib. Bununla da Zelim Tçkayev dünya çempionatının həlledici görüşünə vəsiqə qazanıb.
Təmsilçimiz finalda gürcüstanlı Tato Qriqalaşvili ilə mübarizə aparıb. Nəticədə Tçkayev gümüş medala sahib çıxıb.
Azərbaycan yığmasının nəticələri:
Qızıl medal Əhməd Yusifov (60 kq)
Gümüş medal Zelim Tskayev (81 kq)
Bürünc medal Rəşid Məmmədəliyev (73 kq)
Bürünc medal Ömər Rəcəbli (81 kq)
1 dəqiqə