XƏBƏRLƏR / İdman

İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gəlib YENİLƏNİB

DÇ-2026: Üçüncü yerin sahibi müəyyənləşib

İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gəlib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 03:05

    Futbol üzrə 2026-cı dünya çempionatında İngiltərə üçüncü yerin sahibi olub.

    Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.

    Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.

    Qeyd edək ki, DÇ-2026-da final matçı saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.

    ***

    18 iyul 2026-cı il

    10:07

    ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda oyun keçiriləcək.

    DÇ-2026-nın bürünc medalını qazanmaq üçün Fransa və İngiltərə komandaları üz-üzə gələcəklər.

    Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

    DÇ-2026

    19 iyul

    01:00. Fransa - İngiltərə

    Baş hakim: Xesus Valensuela (Venesuela)

    Mayami stadionu.

    Xatırladaq ki, mundialın final oyunu iyulun 19-da baş tutacaq. Həlledici görüşdə İspaniya və Argentina seçmələri münasibətlərə aydınlıq gətirəcəklər.