XƏBƏRLƏR / İdman

Paris-2024: Lamiyə Vəliyeva gümüş medal qazanıb

O, 400 metr məsafəyə qaçışda finiş xəttini ikinci keçib

Paris-2024: Lamiyə Vəliyeva gümüş medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

    O, 400 metr məsafəyə qaçışda finiş xəttini ikinci keçərək gümüş medala sahib çıxıb.

    Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı səkkizə (3 qızıl, 1 gümüş və 3 bürünc) çatıb.

    Qeyd edək ki, L.Vəliyeva 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olub.